Xəbər lenti

İranın 300 milyonu avrosu batdı
Dünya 23:02 05.08.2018

İranın 300 milyonu avrosu batdı

Almaniya Mərkəzi Bankı (AMB) nağd pul köçürmələri ilə bağlı siyasətində dəyişiklik edib. Dəyişikliyin ilk mərhələsi İrana 300 milyon avroya başa gələcək.

Qaynarinfo teleqraf.com-a istinadən xəbər verir ki, AMB-nin bu addımı Almaniya banklarında İran məxsus 300 milyon avronun köçürülməsində problem yaradacaq.

ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minməzdən əvvəl rəsmi Tehran Almaniya hökumətin müraciət edərək, 300 milyon avronu geri çəkmək istədiyini bildirmişdi.

AMB-nin yeni dəyişikliyində İranın adı hallandırılmasa da, "Associted Press” bu qərarın İranın 300 milyonu transfer etmək istəyi ilə bağlı olduğunu iddia edib.

ABŞ-ın Almaniyadakı səfiri Ri Qrennel "Associted Press”ə verdiyi açıqlamada Almaniyanın bu qərarını dəstəklədiyini deyib: "İranın Avropada dağıdıcı investisiyasının artmasından narahat idik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->