İranın Ali Rəhbəri əfv fərmanı imzaladı

İranın Ali Rəhbəri əfv fərmanı imzaladı

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri İbrahim Rəisi 3721 məhkumun əfv olunması ilə əlaqədar Ali Rəhbər Ayətullah Əli Xamneyiə müraciət edib.

Qaynarinfo xəbər verir ki, İranın Ali Rəhbəri müraciətə müsbət cavab verərək Ramazan bayramı münasibətilə əfv fərmanı imzalayıb.

Fərmana əsasən bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə məhkumluq müddəti azaldılıb.

Yerli mətbuatın yazdığına görə azadlığa buraxılanlar arasında hərbi cinayətlərlə həbs olunanlar da var.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image