Dünya 16:12 17.10.2021

İranın ərzaq böhranı

İranın 8 vilayəti ərzaq çatışmazlığı təhlükəsi ilə üz-üzədir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin əhalinin ərzaq təminatının yaxşılaşdırması şobəsinin rəhbəri Zəhra Abdullahi bildirib.

Zəhra Abdullahi qeyd edib ki, Sistan və Bəluçistan, Kohgiluye və Boyerəhməd Xuzistan, Hormozqan, İlam, Kerman, Cənubi Xorasan və Buşehr kimi vilayətlərdə ərzaq böhranı özünü daha çox göstərir: "Koronavirus böhranı, habelə inflyasiya və qiymət artımı ölkədə məhsul qıtlığına gətirib çıxarıb”.