Dünya 10:37 21.04.2021

İranın nüvə obyektindəki partlayışın təfərrüatları məlum oldu

"New York Times” jurnalı İranın nüvə obyektindəki partlayışla bağlı yeni material yayımlayıb. 

Məqalədə deyilir ki, bir müddət əvvəl Natanzdakı İranın nüvə müəssisəsindən bəzi avadanlıqlar xaricə təmir üçün göndərilib və naməlum şəxslər tərəfindən qoyulmuş istifadəyə hazır 130 kq partlayıcı maddə ilə geri qayıdıb.

Qaynarinfo xəbər verir ki, adının açıqlanmaması şərti ilə keçmiş İsrail kəşfiyyatı zabiti "New York Times”a verdiyi açıqlamada İranın nüvə obyektlərindən birindəki təhlükəsizlik sistemini və cihazın özünü qırmaq üçün aşağıdakı əməliyyat hərəkəti həyata keçirilə biləcəyini deyib.

Zavodun yanından keçən zabitlər avtomobil qəzası və ya infarkt kimi böhran vəziyyətini simulyasiya edə bilər. Onlardan biri (yaxşısı qadın olsun) kömək üçün mühafizəçilərə müraciət edir, bu da təhlükəsizlik sistemini müəyyənləşdirmək üçün obyektə kifayət qədər giriş imkanı verir və bununla da digər komandaya onu qırmaq imkanı yaranmış olur.

Alpər