İranın sabiq vitse-prezidenti Əsfəndiyar Rəhim Maşai həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Ə.Maşai digər eks vitse-prezident Həmid Baqai barədə çıxarılan məhkəmə qərardadını yandırıb.
Qeyd edək ki, Maşai İranın sabiq prezidenti Mahmud Əhmədinejatın yaxın tərəfdaşı olub.
Şərhlər