Xəbər lenti

İranla danışıqlar nəticəsiz qalarsa... - ABŞ cavab tədbirləri üzərində işləyir
Dünya 15:09 17.01.2022

İranla danışıqlar nəticəsiz qalarsa... - ABŞ cavab tədbirləri üzərində işləyir

ABŞ və Avropa müttəfiqləri İranla nüvə sazişi üzrə danışıqların uğursuzluğuna cavab üzərində işləyirlər. 

Qaynarinfo "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

"Diplomatiyanın baş tutmayacağı təqdirlə bağlı koordinasiya var. Biz bu məsələdə avropalı müttəfiqlərlə yaxından işləyirik və irəliləmək üçün fürsət tapacağıq", - Sallivan CBS News-a deyib.

O, diplomatiya yoluna üstünlük verildiyini vurğulayıb.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Dekabrın 27-də Vyanada JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqların səkkizinci raundu başlayıb. Hələ yeddinci raundda, dekabrda tərəflər Avropa tərəfinin İranın mövqelərini əks etdirdiyi iki saziş layihəsi üzrə razılığa gəliblər. Danışıqlar Yeni il bayramı ilə əlaqədar dekabrın 31-də dayandırılıb və yanvarın 3-də davam etdirilib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->