Xəbər lenti

İranla sərhəddə narkotik qaçaqmalçılarına qarşı yeni avadanlıq quraşdırılacaq
Ölkə 18:52 25.09.2018

İranla sərhəddə narkotik qaçaqmalçılarına qarşı yeni avadanlıq quraşdırılacaq

Dövlət Gömrük Komitəsi (DGK) "B-scan" adlı yoxlama aparatı almağı planlaşdırır.

Qaynarinfo bildirir ki, bunu Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Anar Məmmədov bildirib ki, bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında gizlədilən narkotik vasitələr və qanunsuz predmetlər gömrük ərazisində qısa zamanda aşkarlanacaq:

"Avadanlıqların əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində yerləşdirilməsi nəzərdə tutulub".

A.Məmmədov qeyd edib ki, yeni yoxlama avadanlıqları bu ilin sonunadək gətiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->