Xəbər lenti

Dünya 12:43 20.08.2018

İraq hökümətində hakim koalisiya müəyyənləşdi

İraq Federal Məhkəməsi 12 mayda keçirilən parlament seçkilərinin nəticəsini təsdiq edib.

Qaynarinfo xəbər verir ki, Müqtəda Əl Sədrin "Sayron" koalisiyası parlamentdə 54 yer qazanaraq seçkilərin qalibi olmuşdu. Sədr baş nazir Heydər Əl İbadi, Şiə liderlərdən Əmmar Əl Həkim və sabiq baş nazirlərdən Ayad Allavi ilə koalisiya qurmaq qərarı qəbul edib. 

Qeyd edək ki, sabiq nazirlərdən olan Nuri Əl Maliki, İrana yaxınlığı ilə bilinən Fətih koalisiyası və digər qrupların koalisiya qurmaq barədə qərarı sabah elan ediləcək.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->