Xəbər lenti

İraq
Dünya 09:19 03.04.2020

İraq "Reuters"in ölkədəki bürosunun fəaliyyətinə 3 aylıq qadağa qoydu

İraq hakimiyyəti Reuters informasiya agentliyinin ölkədəki bürosunun fəaliyyətini İraqda koronavirusa yoluxanların sayının rəsmi rəqəmlərdən çox olduğu iddia edilən məqalə səbəbindən 3 ay müddətinə dayandırır.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraq Media və Rabit Komissiyası məlumat yayıb. Xəbərdə qeyd olunur ki, agentlik Səhiyyə Nazirliyindəki gizli mənbəsinə istinadla İraq hakimiyyət orqanlarının koronavirus infeksiyası ilə bağlı rəqəmləri düzgün qiymətləndirmədiyini ifadə edən məqalə dərc edib. Məqalədə iddia olunurdu ki, Bağdadda ən az 2 min, ümumilikdə isə 3 mindən 9 minədək yoluxma hadisəsi var. Rəsmi məlumatlara görə isə ölkədə virusa yoluxanları sayı 772, ölənlərin sayı isə 54 nəfərdir.

Media Komissiyasının açıqlamasına görə, agentliyin yazdığı məlumat həqiqəti əks etdirmir. Belə ki, rəsmi rəqəmləri Dünya Səhiyyə Təşkilatının Bağdad ofisinin direktoru da təsdiqlədiyi bildirilir.

Bununla əlaqədar olaraq komissiya agentliyi qaydaları pozmaqda ittiham edərək, akkreditasiyanın müvəqqəti dayandırılması və təqribən 21 min dollar məbləğində cərimə edilməsi barədə qərar qəbul edib. Agentlik həmçinin İraq hökuməti və xalqından üzr istəməyə dəvət olunur.

Reuters isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->