İraqda keçirilən parlament seçkilərinin ardından koalisiya hökümətinin qurulması üçün addımlar atılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərin qalibi olan şiə lideri Müqtəda Əl Sədrin "Sayrun" koalisiyasının türkmən Həşdi Şabi qrupuna bağlı "Fətah", sabiq baş nazir Heydər Əl İbadinin "Nasir" və Əmmar Əl Həkimin "Milli Hikmət Koalisiyası" ilə ittifaq yaradacağı bildirilir.
Bəzi mənbələrdə Sədrin Heydər Əl İbadinin yenidən baş nazir vəzifəsinə təyininə müsbət yanaşdığı deyilir.
Qeyd edək ki, qalib "Sayrun" koalisiyası parlamentdəki 329 yerdən 54-ünü qazana bilib. İranın dəstəklədiyi "Fətah" 47 yerlə 2-ci, Heydər Əl İbadinin "Nasir" koalisiyası 42 yerlə 3-cüdür. "Milli Hikmət Koalisiyası" isə parlamentdə 20 yerlə təmsil ediləcək.
Gülşən
Şərhlər