İraqda məzarlıq aşkarlandı: 643 nəfəri qətlə yetirib...

İraqda məzarlıq aşkarlandı: 643 nəfəri qətlə yetirib...

İraqın Anbar əyalətinin Əl-Fəluc şəhərində kütləvi şəkildə qətlə yetirilən 643 dinc sakinin dəfn edildiyi qəbristanlıq aşkarlanıb.

Qaynarinfo "Al Arabiya” telekanalına istinadən xəbər verir ki, Əl-Fəlluca şəhərindən 5 km şimalda yerləşən Es-Saklyaviya rayonunda üzə çıxarılan kütləvi məzarlıq 2016-cı ildə salınıb. Həmin vaxt ölkənin bu regiona İŞİD terror qruplaşmasının silahlıları nəzarət edirdilər. 

Yerli hakimiyyət orqanları həmin kütləvi məzarlıqda Əl-Məhəmməd tayfasının üzvlərinin qətlə yetirilərək basdırıldığını ehtimal edir. 2016-cı ildə həmin tayfanın üzvləri yoxa çıxıb və indiyə qədər onların taleyi məlum deyil. Qətlə yetirildikdən sonra məzarlıqda basdırılanlar arasında uşaqlar da var.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR