Xəbər lenti

İraqda növbəti terror: 7 ölü, 11 yaralı
Dünya 20:38 28.02.2021

İraqda növbəti terror: 7 ölü, 11 yaralı

İraqın Ənbar vilayətinin Ər-Rəmadi şəhərində növbəti terror aksiyası baş verib.

"Al-Sumaria” telekanalının məlumatına görə, avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hadisə yerli özünümüdafiə dəstələri başçılarının İraq hərbçiləri ilə görüşünün keçirildiyi ərazidə qeydə alınıb.

Partlayıcının quraşdırıldığı pikap öncədən hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Lakin mütəxəssislər qurğunu zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.

Terror aktının İŞİD tərəfindən törədildiyi bildirilir. //Oxu.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->