İraqda davam edən nümayişlərdə 3 millət vəkilinin evinə hücum edilib.
Qaynarinfo xəbər verir ki, Zikar vilayətində parlament üzvləri Naci Əs Səidi, Muna Əl Qurabi və Zeynəb Əl Hazrəcinin evinə etirazçılar tərəfindən od vurulub. Hadisə nəticəsində tələfat olmayıb, təhlükəsizlik əməkdaşları yanğını söndürməyə çalışır.
Qeyd edək ki, İraqda keçən aydan bəri yoxsulluq, işsizlik, korrupsiya əleyhinə şiddətli nümayişlər davam edir.
Gülşən
Şərhlər