Dünya 12:17 06.11.2019

İraqın Baş naziri vəzifəsindən getməyə hazırlaşmır

Ötən günlərdə istefa xəbəri yayılan İraqın Baş naziri Adil Əbdülmehdi vəzifəsindən getməyə hazırlaşmır.

Qaynarinfo xəbər verir ki, Baş nazir hökumətin istefasının ölkədəki böhranı daha da dərinləşdirəcəyini açıqlayıb. Onun sözlərinə görə, xalqın istefa tələbi qanunidir, lakin hazırda problemlərin həlli üçün hökumətin mövcud olması vacibdir. A.Əbdülmehdi onu əvəzləyəcək şəxs olacağı təqdirdə, dərhal vəzifəsindən gedəcəyini bildirib. 

Qeyd edək ki, İraqda ötən aydan bəri şiddətli etirazlar davam edir. Hökumət əleyhinə nümayişlərdə yüzlərlə insan həyatını itirib.

Gülşən