Xəbər lenti

İrəvanın başı dərddə: Qarabağ “köçkünləri” qan ağlayır
Video 12:18 28.10.2021

İrəvanın başı dərddə: Qarabağ “köçkünləri” qan ağlayır

Ermənistanın bu gün yaşadıqları nəinki siyasi, həm də müharibədən sonra yaranmış psixoloji-mənəvi böhran drumundadır. Məlumdur ki, 44 günlük müharibə nəticəsində Qarabağdan 42.000 erməni (ermənilərin göstərdiyi rəqəmdir) evlərini və yaşayış məntəqələrini tərk edib, onların çoxu Ermənistanın müxtəlif bölgələrində sığınacaq tapıb, bir qismi də xarici ölkələrə üz tutub. Ermənistana sığınan ermənilərin bir qisminin hələlik geri qayıtması qeyri-real görünsə də, onların üzləşdiyi ağır və dözülməz sosial-qtisadi vəziyyət Ermənistanı daxili-siyasi böhrana doğru aparmaqdadır.
 
Ermənistanın bir sıra KİV-ləri Qarabağdan olan erməni "köçkünlərin” paytaxtda həmişəlik və yaxud bir müddət qalmalarında maraqlı olan keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryanın bu gün və gələcəkdə şəxsi siyasi ambissiyaları naminə həmin "köçkünlər”in sosial bazalarından istifadə edəcəklərini yazırlar.
 
Ermənistanda isə Qarabağ ermənilərinin (köçkün) ağır sosial durumları bu günə qədər hələ də öz həllini tapmadığı üçün hər gün Hökumət evi qarşısında etirazlar davam edir. Bir sıra erməni ekspertlər isə öz açıqlamalarında Ermənistanın bu cür acınacaqlı vəziyyətdə olmasının səbəbini mövcud hakimiyyət rəhbərliyinin yürütdüyü yanlış siyasi fəalliyət ilə əlaqələndirirlər.
 
Ermənistana sığınan Hadrutdan olan erməni Qalya Hayrapetyan müharibə bitəndən sonra evdə 9 nəfərlə yaşadığını, lakin dövlətdən dəstək və Qarabağda qalan mülkü üçün hələ də kompensasiya almadığını bildirib.


Təqdim olunan video-süjetdə Q.Hayrapetyan deyir ki, bu gün o, ailəsiylə birlikdə qohumlarının, dostlarının dəstəyi ilə yaşayır. Yeddi aydır, dövlətdən heç bir dəstək almırlar, hətta yuyucu toz və sabunları belə yoxdur. Uşaqlarına baxmaq üçün əlindən gələni edir. Bu günə qədər 9 ev dəyişiblər. İndi isə əzab-əziyyət çəkirlər. Hayrapetyan soruşur ki, dövlət onlara niyə qaçqın status vermir? Onların 30-68 min dram yardım müavinətini belə kəsiblər. Qadın həyəcanlı hisslərini saxlaya bilmir: "Toxun acdan nə xəbəri? Yatanda demirlər ki, bu qarabağlı uşaqlar acdır, ya lütdür?” Daha sonra Hyrapetyan qeyd edir ki, ailədə heç kim işləmir, dörd nəvəsini saxlayır, yeganə ümidləri isə həyat yoldaşının təqaüdüdür: "Fransadan, Almaniyadan gəliblərmiş, deyirlər ki, bu qədər pul göndəriblər Qarabağ "köçkünləri” üçün, o pul hardadır, kim yeyir o pulları? Bu pulları yedikləri üçün heç utanırlarmı?” 

Xatırladaq ki, artıq bir ilə yaxındır, müharibə nəticəsində Qarabağdan "məcburi köçkün” düşən ermənilərin nə daimi yaşayış yeri, nə də ki, bir statusu var. Ermənistanda isə hökumət binası yaxınlığında Qarabağdan "köçkün” düşənlərin etiraz aksiyaları keçirilir. Bir sözlə, Ermənistan hakimiyyətinin başı dərddədir. 

Telman Qasımov
Hərbi-siyasi ekspert


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->