Xəbər lenti

Siyasət 13:29 13.07.2013

“Çirkin siyasət yoxdur, çirkin insanlar var”

“Bəzi müxalifət qüvvələrinin məqsədi Əliyevləri hakimiyyətdən uzaqlaşdırılması ilə yanaşı Müsavat Partiyasının da seçkilərdən kənarda saxlanılmasıdır”.

 “Qafqazinfo” xəbər verir ki, bunu Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı partiya Məclisinin iclasında deyib. A. Hacılı bildirib ki, Müsavat Partiyasının iştirakı olmadan Azərbaycanda heç bir siyasi birlik yaradıla bilməz: “Bizim partiya istəməsəydi Milli Şura yardılmazıdı, Rüstəm İbrahimbəyov vahid namizəd seçilə bilməzdi. Amma kimsə deyirsə ki, Müsavat Partiyası Milli Şuranın vahid namizədlə seçkilərdə iştirakını istəmir, bu yalandır. Biz istədiyimiz şərtlərin yerinə yetirilməsini istəyirik”.

“Azərbaycanda çirkin siyasət yoxdur, çirkin insanlar var” deyən partiya rəsmisi belə bir rejimdə Azərbaycanda hər kəsin Müsavat Partiyasının seçki siyasətindən örnək almalı olduğunu söyləyib: “Müsavat Partiyası haqqında danışanlar partiyamızın keçdiyi yola baxmalı və bunlardan nəticə çıxararaq danışmalıdır. Azərbaycan siyasətinin fəaliyyətində Müsavat Partiyasının iştirakı önəmlidir. Bizim faəliyyətimiz Azərbaycan cəmiyyətinin maraqlarına xidmət edir”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?