Xəbər lenti

Video 12:28 13.01.2022

İroniya: Bəhram qadınlardan, turistlərdən və pişiklərdən üzr istədi (VİDEO)

"Qadınlardan üzr istəyirəm. Bakıya gələn turustlərdən üzr istəmək istəyirəm”.

Qaynarinfo xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadə son vaxtlar sosial şəbəkələrdə inzibati xətalar törədən vətəndaşların sonradan xalqdan üzr videolarına münasibətində ironik paylaşımında bildirib.
 
Aktyor həmçinin pişiklərdən, itlərdən də üzr istəyib:

"Niyə? Çünki bir azdan sinif yoldaşlarımla yeyib-içməyə gedirəm. Başıma nə gələcək bilmirəm. Ona görə də bu videonu çəkirəm”.

Qeyd edək ki, ki, son günlər sosial şəbəkələrdə inzibati xəta törədən şəxslərin videogörüntüləri yayılır. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra həmin şəxslər xalqdan üzr istəyir. Sonra isə onların üzr videoları yayılır.

Bahar

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?