Bu gün Müsavat Partiyasının sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “El” hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov arasında görüş keçirilib.
APA-nın məlumata görə, görüş Müsavat Partiyasının qərargahında olub.
Müzakirələrdən sonra Milli Şura ilə bağlı mövqenin sabah Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi qarşısında keçiriləcək aksiyada elan olunmasına qərar verilib.
Qaynar.info
Şərhlər