“Müsavat Partiyasının mövqeyi bütün dünyaya bəllidir”.
Milli Şuranın yaradılması elan edildikdən sonra Müsavat Partiyasının başqanı ANS PRESS-ə bildirib ki, Novxanıda Cümhuriyyət günü ilə bağlı bayram tədbiri başa çatdıqdan sonra liderlər arasında məsləhətləşmələr keçirilib və dünəndən davam edən mübahisələr yoluna qoyulub. İsa Qəmbər deyib ki, müzakirələr konsruktiv keçib.
Qeyd edək ki, müxalifətin səhər saatlarında Milli Şuranın elan olunmasını növbəti dəfə təxirə salmışdı. Milli Şuranın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsi idi. Belə ki, dünən keçirilən müzakirələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın nizamnaməsinə “Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür” müddəasının daxil edilməsini istəyiblər. Lakin “El” Hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyov buna qarşı çıxıblar. Bu məsələ mübahisələrə səbəb olub və buna görə də qurumun elan edilməsinin təxirə salınmışdı. Bu məsələnin necə həll olunduğuna gəlincə, İsa Qəmbər Müsavat Partiyasının Avropaya inteqrasiya siyasətinin üzərində dayandığını bir daha vurğulayıb: “Müsavat Partiyasının mövqeyi bütün dünyaya bəllidir”.
İsa Qəmbər onu da bildirib ki, Milli Şuranın bəyannaməsi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Qaynar.info
Şərhlər