“İsa Qəmbər və partiyası Milli Şuranın qərarlarına hörmətlə yanaşmalıdır”.Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov verib.
O qeyd edib ki, Müsavat başqanı İsa Qəmbər və onun rəhbərlik etdiyi partiya Milli Şurada təmsil olunursa, onun memorandumuna imza atıbsa, Milli Şuranın qərarlarına tabe olmalıdır: “İsa Qəmbərin belə bir çıxış etməsi təəssüf hissi doğurur və cəmiyyətdə, siyasi partiyalar arasında müəyyən şübhə toxumları səpir. Məncə İsa Qəmbər, eyni zamanda Müsavat Partiyası yaxın vaxtlarda mövqeyini birmənalı olaraq ortaya qoymalıdır. Əgər bu gün Milli Şurada təmsil olunursa, o qərarlara tabedirsə, buna da hörmətlə yanaşmalıdır”.
Qeyd edək ki, İ. Qəmbər dünən Milli Şuranın sessiyasındakı çıxışı zamanı Milli Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisinin prezidentliyə namizəd haqqında 4 yanvar qərarının qüvvədə qaldığını qeyd edib. Həmin qərara əsasən, İ. Qəmbər Müsavat Partiyasının prezidentliyə namizədi hesab olunur.
Qaynar.info
Şərhlər