Xəbər lenti

İsa Qəmbərin daha bir müşaviri istefa verdi
Siyasət 13:24 27.08.2014

İsa Qəmbərin daha bir müşaviri istefa verdi

Səxavət Əlisoy başqanlığa iddia edənləri də tutduğu postlardan istefaya səsləyib

Müsavat partiyası başqanının müşaviri, qurultayda başqanlığa namizədliyini irəli sürəcəyini bəyan edən Səxavət Əlisoy müşavirlikdən istefa verdiyini açıqlayıb.  

Teleqraf.com xəbər verir ki, Əlisoy istefa haqda qərarını İsa Qəmbərə etdiyi müraciətdə bildirib.

Müraciətdə deyilir: “Bu gün partiyada görəvimdən istefa etdiyimi bəyan edirəm və istefa ərizəmi diqqətinizə çatdırıram. Hörmətli, İsa bəy!

Müsavat Partiyasının növbəti qurultayında başqanlığa namizədlik niyyətində olduğum üçün müşavir vəzifəsindən istefamı qəbul etməyinizi rica edirəm. 

Seçkinin demokratik və obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram.

İnanıram ki, başqanlığa iddialı digər görəv sahibləri də bu seçkinin ədalətli sayılması üçün anoloji addım atacaq. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->