Xəbər lenti

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu
Siyasət 17:07 15.10.2018

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu

"Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Milli Məclis Aparatına təqdim olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, qanun layihəsinin müəllifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevdir.

Qanun layihəsi 12 maddədən ibarətdir.

Sənəddə işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->