“Kimlərin arasında nə var bilmirəm, Allah eləsin, birləşə bilsinlər”
“Milli Şuranı kim yaradırsa, Allah xeyrini versin. Bir qurum millətə, xalqa, ölkənin ərazi bütövlüyünə xidmət edirsə, bunu alqışlayıram”.
Bunu Qaynar.info-ya sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Şura ətrafından gedən danışıqlar prosesinə münasibət bildirərkən deyib.
O bildirib ki, Milli Şuranın tərkibi haqqında məlumatı yoxdur: “Milli Şura ilə bağlı mənə təklif gəlməyib. Məlumatım olmayan məsələ ətrafında fikir bildirə bilmərəm. Orada tanıdığım kifayət qədər yaxşı insanlar var. Amma mənə tam aydın deyil, orada kimlər var”.
İ.Həmidov “Milli Şuradan sizə təklif gələrsə, qoşulacaqsız?” sualına belə cavab verib: “Mənə təklif gələrsə, düşünərəm. Tərkibini, nizamnaməsini bilməliyəm. Onların hamısı ilə tanış olandan sonra mövqeyimi ortaya qoyaram. Orada kifayət qədər ağıllı, müxalifətdə özünü göstərən insanlar var”.
Şərhlər