Xəbər lenti

İŞİD-in ikinci adamı ələ keçdi
Dünya 12:42 04.12.2019

İŞİD-in ikinci adamı ələ keçdi

İraqda təhlükəsizlik qüvvələri "İslam Dövləti” başçısının müavini Əbu Haldunu ələ keçirib.

Qaynarinfo mk.ru-ya istinadla bildirir ki, əməliyyat Kərkük vilayətində keçirilib. 

İŞİD-in əsas liderlərindən biri olan Haldunun Xaviyyə kəndində gizləndiyi məlum olub. Haldunun üstündə Şaalyan Ubeid adına saxta pasport tapılıb. 

Xatırladaq ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi oktyabr ayında öldürülüb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->