"Reuters" İŞİD terror təşkilatının lideri Əbubəkr Əl Bağdadini həbs edilməsi üçün şansın əldən verilməsi barədə xəbər yayıb.
"Qaynarinfo" xəbər verir ki, İŞİD Suriyadakı son qərargahı olan Əbu Kamal bölgəsini dünən əldən verib və Suriya höküməti bölgədə hakimiyyətini bərpa edib. "Reuters" terror təşkilatı liderinin həbs edilmək üzrə olması barədə xəbər yaysa da, daha sonradan Bağdadinin qaçması məlumatı yayılıb.
Qeyd edək ki, 2014-cü ildə Mosuldakı Əl Nuri məscidində özünü xəlifə elan edən Bağdadinin bu il ərzində bir neçə dəfə ölüm xəbəri yayılıb, lakin bu informasiyalar öz təsdiqini tapmayıb.
Gülşən
Qaynarinfo.Az
Şərhlər