İsmayıllı rayonunda ayı həyətə hücum edərək kənd sakinini yaralayıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, görə hadisə rayonun Xanagah kəndində qeydə alınıb.
Kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu toplayarkən qəflətən ayının hücumuna məruz alıb. Göz, sifət, əl və kürək nahiyəsindən xəsarətlər alan İsmayıl Rəsulov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. İ. Rəsulov çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.
Qeyd edək ki, hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas ediblər. Ayı qaçaraq həyəti tərk edib.
Şərhlər