DÇ-2014-ün seçmə mərhələsində sentyabrın 6-da baş tutmalı olan İsrail - Azərbaycan oyunun vaxtı dəyişdirilib.
Qol.Az-ın məlumatına görə, İsrail Futbol Federasiyası AFFA-ya müraciət edərək həmin tarixdə İsraildə bayram olduğunu bildirib və oyunun bir gün sonraya - sentyabrın 7-ə keçirilməsini xahiş edib. AFFA bu müraciəti müsbət cavablandırıb.
Beləliklə, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək.
Qaynar.info
Şərhlər