Xəbər lenti

İsrail də təəccübləndi: Türkiyə bizim düşmənlərimizi vurur
Dünya 12:44 03.03.2020

İsrail də təəccübləndi: Türkiyə bizim düşmənlərimizi vurur

"Hamımız seçkilərlə məşğul olarkən son saatlarda baş verən hadisələr dramatik bir vəziyyət sərgiləyir. Anidən özümüzü türklərin yanında görürük. Və keçmiş "dostumuz" Vladimir Putininsə əksinə, yanımızda olmadığını görürük”.
 
Qaynarinfo xəbər verir ki, bu sözlər israilli köşə yazarı Ehud Yaarinin yazısında yer alıb.

Ehud Yaari daha sonra yazıb:

"Son 24 saat ərzində Hizbullah elan etmədən və səssiz şəkildə İdlibdə türk qırıcılarının bombardmanından sonra ölən onlarla əsgərin tatutunu Suriyadan Livana daşıdı.

Beyrut və Livanın cənubunda yerləşən bölgələrdə şəhid ailələri Əsədə yardım edən qruplaşmalara nifət yağdırıblar. Biz düşünürük ki, bu məsələ ilə bağlı Hizbullahın lideri Həsən Nəsrullahdan açıqlama verməsi tələb ediləcək.

Türk ordusu İranın maliyyələşdirdiyi dəstələrə ilk dəfədir belə böyük zərbə vurur. Hizbullah İranın təzyiqi ilə bölgəyə daxil olub. Deyə bilərik ki, rəqabət və hökmranlıq İranla Türkiyə arasında birbaşa qarşıdurmaya səbəb ola biləcək miqyasda təhlükə deməkdir.

Əsədin qara təbliğatı isə İsrailin Türkiyəyə yardım etdiyini iddia edir. Təbii ki, bu yalandır. Lakin bu tip informasiyalar iki ölkəni müttəfiq vəziyyətinə gətirir.
 
Lakin bu müttəfiqliyin nə vaxt baş tutacağını bilmirik. İranın Suriyada yerləşməsi iki ölkəni də narahat edir. Bu vəziyyətdə İsrail çox diqqətli olmalıdır. İranla Türkiyə arasında bir savaş bizi qətiyyən narahat etməyəcək. Lakin qarşıdurmadan sonra Tehranla Ankara arsında sülh danışıqları bizim lehimizə olmayacaq”.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->