ABŞ prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki qonşularından üzr istədiyini və onlara qarşı daha hücum etməyəcəyini vəd etdiyini bildirib. O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.
Qaynarinfo xəbər verir ki, Trampın sözlərinə görə, İran bu addımı ABŞ və İsrailin həyata keçirdiyi "sərt hücumlardan” sonra atmağa məcbur olub.
"Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumları səbəbindən verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və idarə etmək istəyirdilər. Bu, min illər ərzində İranın Yaxın Şərq qonşuları tərəfindən məğlub edilməsinin ilk halıdır. Onlar dedilər: "Təşəkkür edirik, prezident Tramp". Mən isə cavab verdim: "Buyurun". İran artıq "Yaxın Şərqin xuliqanı" deyil. O, indi "Yaxın Şərqin uduzanıdır" və təslim olana və ya daha çox ehtimal ki, tamamilə dağılana qədər onilliklər boyu belə qalacaq", deyə ABŞ prezidenti bildirib.
Tramp eyni zamanda İrana qarşı yeni güclü zərbə ehtimalını da açıqlayıb:
"İranın pis davranışına görə əvvəllər hədəf sayılmayan ərazilərin və əhali qruplarının tam məhv edilməsi və qaçılmaz itkilərlə nəticələnə biləcək zərbələr ciddi şəkildə nəzərdən keçirilir".
Qeyd edək ki, bundan əvvəl İran prezidenti Məsud Pezeşkian qonşu ölkələrdən üzr istəyib və bir daha ona hücum etməyəcəklərini vəd edib. Lakin o bildirib ki, bu yalnız həmin ölkələrin ərazilərindən İrana qarşı hücumlar həyata keçirilmədiyi halda qüvvədə olacaq.
Aydın
Şərhlər