İsrail havada lazer kompleksinin ilk sınaqlarını tamamladı - PUA-ların sonu?

İsrail havada lazer kompleksinin ilk sınaqlarını tamamladı - PUA-ların sonu?

İsrail Müdafiə Nazirliyi "Elbit Sistemləri” kompaniyası ilə birlikdə hava lazer kompleksinin ilk uğurlu sınağını həyata keçirib.

Cihaz müxtəlif yüksəkliklərdə, məsafələrdə və sürətlərdə hərəkət edən 10 PUA hədəfindən 10-nu da vurub. 

Qaynarinfo bu barədə "Voennıy Obozrevatel” telegram kanalına istinadla xəbər verir.

"Elbit Systems” müxtəlif növ - PUA sistemləri, aviasiya, radar, artilleriya və raket texnologiyası kimi silahların inkişafı və modernləşdirilməsi ilə mğşul olan İsrail şirkətidir. İsrailin ən böyük xüsusi müdafiə konsernidir. Şirkət bu bazarda rus istehsalçıları ilə rəqabət aparan, Sovet hərbi texnikasının köhnəlmiş nümunələrinin modernləşdirilməsində nəzərəçarpacaq dərəcədə uğur qazanıb.

Bu böyük mərkəz Hayfa şəhərində, MATÁM tədqiqat və istehsal mərkəzində yerləşir. Törəmə müəssisələr Karmiel, Rehovot, Netanya və Ness Zion-da yerləşir. Əsas tərəfdaşlar Avropa və Amerikadakı firmalardır. Yeni nəsil Avropa qırıcılarının, eləcə də Kosmik tədqiqat peyklərinin yaradılmasında iştirak edir.
 
Alpər
X
XƏBƏRLƏR
BLOGLAR