İsrail HƏMAS kəşfiyyatının əsas şəxslərinin məhv edildiyini açıqladı

İsrail HƏMAS kəşfiyyatının əsas şəxslərinin məhv edildiyini açıqladı

İsrail ordusu HƏMAS kəşfiyyat xidmətinin əsas rəhbərlərinin məhvi ilə bağlı açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, açıqlamada hərəkatın hərbi kəşfiyyatının təhlükəsizlik şöbəsinin müdiri Həsən Kaoji və müavini - əks kəşfiyyat şöbəsinin rəhbəri Vali İssa döyüşçülərin zərbələri ilə zərərsizləşdirildiyi bildirilib.

Son bir neçə saat ərzində İsrail ordusunun Qəzza zolağındakı bir sıra mühüm hədəflərə zərbə endirdiyi və atəşə davam etdiyi bildirilir.

Xatırladaq ki, Qəzza zolağı sərhədində son illərdəki ən böyük kəskinləşmə bazar ertəsi axşam başlayıb. Bu günə qədər Qəzza zolağından İsrailə 600-dən çox raket atılıb, "Dəmir günbəz” raketdən müdafiə sistemi onlardan 200-nü ələ keçirib. Atışma nəticəsində ölənlər və yaralananlar var. İsrail Qəzza zolağına da zərbə endirib, bu anklav səlahiyyətlilərinin verdiyi məlumata görə, nəticədə iki gündə 30 nəfər həlak olub.
 
Alpər
X
XƏBƏRLƏR
BLOGLAR