Dünya 15:23 14.04.2021

İsrail radiosundan İranın Natanzdakı nüvə kompleksiylə bağlı şok xəbər

İsrailin "103 FM” radiosunun efirində İranın Natanzdakı nüvə kompleksində baş vermiş hadisə ilə bağlı sensasion versiya açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, aparıcı hələ nüvə kompleksinin inşası zamanı onun məhv edilməsinin də təməlinin qoyulduğunu bildirib.

Bu informasiya İsrailin keçmiş Baş naziri Ehud Olmertin WhatsApp mesajında əks olunub. Aparıcı keçmiş Baş nazirinin icazəsilə həmin mesajı canlı efirdə oxuyub. 

Mesajda qeyd edilir ki, 2007-ci ildə Natanz nüvə kompleksinin inşasına başlanan zaman dərhal onun məhv edilməsi ilə bağlı ilkin hazırlıqlarlara başlanılıb. Söhbət əlbəttə ki, İsrailin hazırlıqlarından gedir. 

Məlumata görə, kompleksə partlayıcı qurğular yerləşdirilib.    

Aparıcı açıq şəkildə qeyd edib ki, Olmert ən azı baş nazir olduğu dövrdə bütün bunları bilib. 
Rusiya KİV-i yazır ki, böyük ehtimalla istifadəyə hazır partlayıcı qurğular İranın digər ərazilərinə də yerləşdirilib.

Seyid