Siyasət 18:41 25.11.2021

İsrail şirkətləri Ağdamın bərpasında iştirak edə bilər

"Bu gün mən İsrailin biznes nümayəndə heyəti ilə Ağdamda oldum”.

Qaynarinfo xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün tviter hesabında yazıb.

"Biz dağılmış şəhər gördük. Lakin eyni zamanda gələcəyə dair ruhlandırıcı mənzərəni də gördük. Ümidvarıq, Ağdam yenidən çiçəklənəcək və İsrail şirkətləri də bu işdə tərəfdaş olacaq”, - o vurğulayıb.