Video 16:33 14.02.2020

İstanbulda yaşayış binası çökdü (VİDEO)

İstanbulda 7 mərtəbəli yaşayış binası çöküb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. Çökən binanın İstanbulda baş vermiş 5,8 bal gücündə zəlzələdə zərər çəkdiyi və zəlzələdən sonra təxliyə edildiyi məlum olub. 

Qəza baş verən zaman küçədə insanların olduğu bildirilir. Hazırda dağıntılar altında insanların qalıb qalmadığı araşdırılır.
 
Camal