Xəbər lenti

İstilər 34 nəfərin ölümünə səbəb oldu
Dünya 14:20 06.07.2018

İstilər 34 nəfərin ölümünə səbəb oldu

Kanadanın Kvebek ştatında 29 iyundan bəri istilər 34 nəfərin ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Kanada Meteorologiya Xidməti Montrealda son 1 həftədə havanın temperaturunun 40-45 dərəcə arasında dəyişdiyini açıqlayıb. Montrealda polis və yanğınsöndürən qrupları 15 min evi gəzərək qocaların və ehtiyacı olan şəxslərin vəziyyətini yoxlayıb. 

Qeyd edək ki, Kvebekdə 2010-cu ildə istilər səbəbilə 106 nəfər dünyasını dəyişmişdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->