İsveçrə höküməti ölkədəki rus diplomatların sayını azaltmaq barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, xarici işlər nazirliyinin açıqlamasında ölkədəki rus diplomatların vəzifələrindən sui-istifadə etdiyi və hər 4 rus diplomatdan 1-inin kəşfiyyat agenti olduğu bildirilir. Ötən gün İsveçrə mediasında dərc edilən məqalədə Rusiyanın Cenevredəki BMT ofisindən kəşfiyyat məqsədilə istifadə etdiyi iddia edilirdi.
Gülşən
Şərhlər