İtaliya İdman Nazirliyi bəyanat yayıb.
Qaynarinfo xəbər verir ki, nazirlik koronavirus epidemiyasına görə futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib. Bəyanat A Seriyasının "Parma” - "Spal” oyunu ilə eyni vaxta təsadüf edib.
Bakı vaxtı ilə saat 15.30-da başlamalı olan görüşün startı təxirə salınıb. Futbolçular oyuna çıxdığı vaxt verilən qərar üzündən onlar yenidən soyunub-geyinmə otağına qayıdıblar.
Şərhlər