İtaliyada bölgə prezidenti özünü karantinə aldı

İtaliyada bölgə prezidenti özünü karantinə aldı

İtaliyanın Lombardiya bölgəsinin prezidenti Attilio Fontana yaxın çevrəsində olanlarda koronavirus aşkarlandığından özünü 2 həftəlik karantinə alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə prezident Facebook hesabında məlumat verib. O, işçilərində koronavirus testləri müsbət çıxdığı üçün mətbuat konfrasnsını ləğv etmək məcburiyyətində qaldıqlarını ifadə edib.

"Bu gündən etibarən bəzi şeylər dəyişəcək. Mən də yuxarı səviyyəli səhiyyə institutunun təlimatlarına riayət edəcək, bunun üçün 2 həftə boyunca karantində qalmağa çalışacağam. Bunun xüsusən mənimlə birgə çalışanları qorumaq məqsədilə edirəm", - deyə Attilio yazıb.

Qeyd edək ki, Lombardiya əyaləri İtaliyada koronavirusa ən çox rast gəlinən bölgədir. Ümumilikdə isə ölkədə virus səbəbindən 12 nəfər həyatını itirib, 400-ə yaxın insan isə epidemiyaya yoluxub.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR