İtaliyada koronavirusdan ölənlər üçün konsert keçirildi (VİDEO)

İtaliyada koronavirusdan ölənlər üçün konsert keçirildi (VİDEO)

İtaliyada Kovid-19 səbəbindən ölənlərin xatirəsini yad etmək üçün klassik musiqi konserti təşkil edilib.
 
Qaynarinfo xəbər verir ki, paytaxt Romada baş tutan konsertdə sinfonik orkestrin sənətçiləri çıxış edib. Məşhur Quirinal sarayının baxçasında keçirilən tədbirə İtaliya prezidenti Sercio Mattarella da qatılıb.
 
Qeyd edək ki, İtaliyada yeni tip koronavirusda həyatını itirənlərin sayı 33 min 530 nəfərə çatıb. 233 mindən çox insan isə epidemiyaya yoluxub.
 
Camal

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image