İtaliyanın Lombardia və Piomento ərazilərində mafiya əleyhinə əməliyyat keçirilib.
Qaynarinfo xəbər verir ki, 250 polisin iştirakı ilə təşkil edilən əməliyyat zamanı 43 nəfər həbs edilib. Həmin şəxslərin siyasətçi, dövlət işçisi, biznesmenlər olduğu bildirilir. Həbs edilənlər arasında sabiq baş nazir Silvio Berluskoninin rəhbərlik etdiyi Forza İtaliya Partiyasından olan, Milan Bələdiyyə Məclisinin üzvü, Lombardia Bölgə İdarəsinin işçiləri də var.
Saxlanılanlardan 12 nəfər həbsxanaya göndərilib, 16 nəfərə ev həbsi tətbiq edilib. Digər şəxslər isə həftədə 1 dəfə polis idarəsinə gedərək imza çəkməlidir.
Əməliyyat çərçivəsində növbəti həbslərin ola biləcəyi istisna edilmir.
Gülşən
Şərhlər