İtaliyanın şimalında yerləşən milli park ərazisində minlərlə dinozavr ayaq izi tapılıb. Bildirilib ki, bəzi ayaq izlərinin diametri 40 santimetrə çatır və bu izlər 210 milyon il əvvələ aiddir.
Qaynarinfo xəbər verir ki, paralel sıralar şəklində düzülmüş ayaq izlərinin əksəriyyətində barmaq və caynaq izləri aydın şəkildə görünür.
Həmçinin, bu dinozavrların uzun boyunlu, kiçik başlı və iti caynaqlara malik ot yeyənlər kimi tanınan prosauropodlar olduğu ehtimal edilir.
Ötən ilin sentyabr ayında fotoqraf Elio Della Ferrera Milan şəhərinin şimal-şərqində yerləşən Stelvio Milli Parkında şaquli dağ divarı üzərində yüzlərlə metr boyunca uzanan ayaq izlərini fərq edib.
Ferrera bildirib: "Hamımızda düşüncə prosesini başlatmalı və yaşadığımız məkanlar, yəni evimiz və planetimiz haqqında nə qədər az şey bildiyimizi ortaya qoymalıdır".
Alimlərin fikrincə, uzunluğu 10 metrə qədər çata bilən prosauropodlar əsasən iki ayaq üzərində hərəkət edə biliblər. Lakin bəzi ayaq izlərinin önündə əl izlərinin olması onların müəyyən hallarda ön ayaqlarını da yerə dayadıqlarını göstərir.
Aydın
Şərhlər