"İtaliya parlamentinin qərarı haqlı və ədalətlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli İtaliya Parlamentinin Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi ilə bağlı qərarından danışarkən deyib. O, dünyanın digər ölkələrinin də belə qərarlar qəbul etmələrini arzulayıb:
"Ermənistan qınanmalıdır. Minaların basdırılması ilə bağlı xəritələri verməyənlər cəzalanmalıdır. Azərbaycan özü onları cəzalandıracaq. Necə ki, dəmir yumruq hesabına biz torpaqlarımızı azad etdik, eləcə də onları cəzalandıracağıq. Həm Azərbaycana vurduqları bütövlükdə ziyana görə, həm də atəşkəsdən sonra minalardan zərər çəkən vətəndaşlar üçün də ayrıca təzminat ödəyəcəklər. Ermənistana qarşı sanksiyalar olmalıdır. Onlara cəza verilməlidir ki, bir də digər dövlətlər belə hallar törətməsinlər”.
Ekspert qeyd edib ki, Ermənistan qadağan olunmuş minaların basdırması ilə bağlı xəritəni hələ də Azərbaycana verməyib:
"Dünyada belə bir hal yoxdur. Müharibə edən iki tərəf atəşkəs olub, ərazilər boşalırsa, qarşı tərəf minalanmış ərazinin xəritəsini təqdim edir. Mina harda gəldi deyil, xəritə ilə basdırılır. Elə-belə basdırılsaydı, onda Ermənistanın hərbiçiləri də minaya düşməli idi. Bu, mümkünsüz bir şeydir. Amma təəssüflər olsun, bu hadisəni törədiblər. Bundan əlavə meşələri, evləri yandırıblar. 27 il bundan öncə işğal zamanı törətdikləri vəhşiliklər bir yana, Kəlbəcər və Laçını boşaldarkən etdikləri cinayəti hər kəs gördü. Bizim evlərdə yaşayıb çıxarkən onların yandırıb getdilər. Bu, cəzasız qala bilməz”.
Bahar Rüstəmli
Şərhlər