Xəbər lenti

İvanaşvili istefa verəcək
Siyasət 15:23 30.07.2013

İvanaşvili istefa verəcək

Gürcüstanın baş naziri Bidzina İvanişvili yeni ilə qədər baş nazir postunu tərk edib, qeyri-hökümət sektoruna keçmək niyyətindədir.

Modern.az bildirir ki, baş nazir bu barədə Euobserver jurnalına müsahibəsində deyib. “RİA –Novosti” İvanişvilinin müsahibəsində istinadən bildirib ki, prezident seçkilərindən sonra baş nazir qeyri-hökümət sektoruna keçəcək.

İvanişvili qeyd edib ki, “yeni ilə qədər” baş nazir postundan istefa edib, qeyri –hökümət sektorunda öz əsas planını həyata keçirmək üçün çalışacaq. Plan Gürcüstanı elitar korrupsiyadan təmizləmək, yaxşı məktəblər, xəstəxanalar, yollar salmaq, o cümlədən xarici investorları və turistləri cəlb etməkdən ibarətdir.  

Gürcüstanın baş naziri “Postimees” qəzetinə iyunda müsahibəsində bildirmişdi ki, 2013-cü il 27 oktyabrda keçiriləcək prezident seçkilərindən sonra siyasətdən uzaqlaşmaq niyyətindədir.   O vurğulayıb ki, prezident seçkilərindən sonra hökümətin onun köməyinə ehtiyacı yoxdur. Əvvəllər baş nazir siyasətdən uzaqlaşacağını qeyd etməmişdi. 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra “Gürcü arzusu” partiyasının qalib olması və baş nazir postuna təsdiqlənəndən sonra İvanişvili bir və ya iki ilə siyasətdən uzaqlaşacağını qeyd etmişdi. Bundan sonra o öz mövqeyindən dönməyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->