Xəbər lenti

İvanişvilinin nazir təyin etmək istədiyi azərbaycanlıya yeni vəzifə
Dünya 10:59 26.09.2013

İvanişvilinin nazir təyin etmək istədiyi azərbaycanlıya yeni vəzifə


Gürcüstanın baş naziri Bidzina İvanişvilinin nazir vəzifəsinə təyin etmək istədiyi Ramilə Əliyeva bu ölkənin İctimai Televiziyasının “Moambe” (Xəbərlər) proqramında Azərbaycan redaksiyasına diktor vəzifəsinə təyin olunub.
Ramilə Əliyeva APA-nın Gürcüstan bürosuna açıqlamasında artıq bu vəzifədə fəaliyyətə başladığını deyib: “Öz işimi daha da mükəmməl öyrənəcəyəm və təcrübəli olmağa çalışacağam”.

Qeyd edək ki, Ramilə Əliyeva “Dialoq və İnkişaf Fondu” adlı qeyri-hökumət təşkilatının sədridir. O, bundan əvvəl də Gürcüstan İTV-də çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanın energetika naziri Kaxa Kaladzenin prezidentliyə namizəd olacağı, Ramilə Əliyevanın isə onun yerinə nazir vəzifəsinə tətin olunacağı barədə məlumatlar yayılmışdı.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->