Foto 15:14 08.09.2019

İvanka Tramp atasını kölgədə qoydu (FOTOLAR)

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp yenidən medianın gündəmindədir.

Qaynarinfo xəbər verir ki, Ağ Evdə məsləhətçi olan İvanka atası ilə Cənubi Amerika ölkələrini ziyarət edir.

Prezident qızının Paraqvay ziyarəti xüsusilə diqqətə səbəb olub. İvanka Tramp Paraqvayın dövlət rəhbəri Mario Abdo Benitez ilə Lopez Sarayında görüşüb. İvankanın Paraqvay xalqı ilə rəqs etməsi medianın gündəminə düşüb. O, ötən günlərdə Argentinada sadə insanlarla yemək hazırlamışdı.

Qeyd edək ki, İvanka Trampın Cənubi Amerika ziyarəti "Atasını geridə qoydu" fikirlərinə səbəb olub.

Gülşən