Xəbər lenti

Dünya 09:48 25.07.2018

"İvanka Tramp" brendi ləğv edilir

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp öz adını daşıyan geyim və ayaqqabını şirkətini bağlayır.

Qaynarinfo xəbər verir ki, 4 il əvvəl yaradılan şirkət qısa müddət ərzində öndə gedən markalardan birinə çevrilmişdi. 

Qeyd edək ki, "İvanka Tramp" markasına qarşı Tramp prezident seçiləndən sonra kampaniya həyata keçirilmişdi.
 
Prezident qızı bu addımı Ağ Evdəki vəzifəsinə mane olmaması üçün atdığını açıqlayıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->