İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək.
Bunu Trend-ə müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
Ə.Osmanov ötən il 2 tam müasir qatar tərkibinin alınaraq istifadəyə verildiyini xatırladıb: "Ondan əvvəl 3 yeni qatar tərkibi alınaraq xəttə buraxılıb. Bu il 30 vaqon istismar müddətini başa vurur".
O qeyd edib ki, yeni vaqonların alınması ilə bağlı müqavilə bağlanılıb və müqaviləyə uyğun olaraq 30 yeni vaqon alınacaq:
"İyun ayından başlayaraq Bakıya hər ay bir qatar tərkibi, yəni 5 vaqon gətirəcəyik. Bakıda sazlama işləri aparıldıqdan sonra qatarlar xəttə buraxılacaq. Alınan yeni vaqonlar da müasir standartlara tam cavab verəcək".
Şərhlər