Dünya 16:02 15.01.2022

Jirinovski: Nazarbayev çoxdan ölüb, dəfn edilib

Vladimir Jirinovski Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan dünyasını dəyişdiyini və dəfn edildiyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı rosbalt.ru saytı yayıb.

"Belə sakitcə gizlənib, heç nə danışmamaq onun sağ qalması haqda sizə heç nə demir? Üstəlik, dövlət təhlükəsizlik komitəsinin sədri də dərhal həbs olundu”, - deyə o, KP radiosunun efirində bildirib.

Siyasətçi izah edib ki, xalq ondan qurtula bilməsi üçün keçmiş liderə qarşı silahlanıb.
 
Alpər