Xəbər lenti

Jirinovskidən miqrantlarla bağlı ŞOK TƏKLİF
Dünya 12:09 17.10.2013

Jirinovskidən miqrantlarla bağlı ŞOK TƏKLİF

Jirinovskinin partiyası miqrantlara evə pul göndərməyə qadağa qoymağı təklif edir

“Biz hesab edirik ki, sərt tədbirlər görmək lazımdır”.

Moskvanın Biryulovo rayonundakı iğtişaşlardan sonra Vladimir Jirinovskinin rəhbəri olduğu LDPR partiyası miqrantlarla mübarizədə radikal vasitələrdən istifadə etmək təklifini səsləndirib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının vitse-spikeri vəzifəsini tutan İqor Lebedev başda olmaqla, LDPR-in nümayəndələri baş nazir Dmitri Medvedevə müraciət ediblər.

Məmurlar ondan miqrantların daha çox gəldikləri ölkələrə - vətənlərinə pul köçürmələrini müvəqqəti dayandırmaq imkanını nəzərdən keçirməyi xahiş ediblər.  

Deputatlar hesab edirlər ki, bu yolla onlar bütün qeyri-qanuni miqrantları Rusiyanı tərk etməyə məcbur edəcək maliyyə aləti formalaşdırmış olacaqlar.

“Bu, miqrantların gözündə ailələrinə pul göndərmək üçün ölkəmizin ərazisində yaşamaq və işləməyin cəlbediciliyini azaltmaq niyyətindən irəli gəlir. 

Güman edirik ki, Tacikistan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və digər ölkələrdən olan fiziki şəxslərə pul köçürmələrinin qarşısını almaq məqsədəuyğundur. Bir daha vurğulayırıq ki, təklif olunan moratorium müvəqqəti, lakin məcburi xarakter daşıyır” – deyə, müraciətin müəlliflərindən biri Yaroslav Nilov RİA Novosti-yə bildirib.

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->