“Junior Eurovision - 2017”-nin qalibi məlum oldu (VİDEO)
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Junior Eurovision - 2017”-nin qalibi məlum olub.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına əsasən, Rusiyanı müsabiqədə təmsil edən Polina Boquseviç "Wings” mahnısı ilə 188 səslə birinci yeri tutub.
İkinci yerə Gürcüstan təmsilçisi Qriqol Kipşidze, üçüncü yerə isə Avstraliya təmsilçisi İzabella Klark layiq görülüb.
Müsabiqədə ümumilikdə 16 ölkə - Gürcüstan, Rusiya, Avstraliya, Albaniya, Ermənistan, Belarus, İrlandiya, İtaliya, Kipr, Makedoniya, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya və Ukrayna təmsilçiləri mübarizə aparıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər